Uruqvay millisinin qapıçısı Fernando Muslera dünya çempionatları tarixinə düşüb.
Apasport.az xəbər verir ki, təcrübəli qolkiper Kabo-Verde ilə DÇ-2026-nın H qrupunun II tur matçında meydana çıxmaqla yeni göstəriciyə imza atıb.
Muslera dünya çempionatlarında keçirdiyi oyunların sayını 18-ə çatdıraraq Braziliya millisinin sabiq qapıçısı Klaudio Taffarelin rekorduna şərik olub.
Beləliklə, 39 yaşlı qapıçı mundial tarixində ən çox matça çıxan Cənubi Amerika qapıçıları siyahısında Taffarellə birlikdə ilk pilləni bölüşür.
Qeyd edək ki, Muslera Uruqvay millisinin heyətində 2010, 2014, 2018, 2022 və 2026-cı illər dünya çempionatlarında iştirak edib.