2026-cı il dünya çempionatında indiyədək vurulan ən erkən qolun müəllifi dəyişib.
Apasport.az xəbər verir ki, Paraqvay millisinin yarımmüdafiəçisi Matias Galarza Türkiyə ilə qarşılaşmanın 64-cü saniyəsində fərqlənərək turnirin yeni rekorduna imza atıb.
Bununla da 71-ci saniyədə Şotlandiya millisinə qol vuran Mərakeş yığmasının futbolçusu İsmail Saibariyə məxsus göstərici yenilənib.
Qeyd edək ki, dünya çempionatları tarixində ən erkən qolun müəllifi Türkiyə millisinin sabiq hücumçusu Hakan Şükürdür.
O, 2002-ci ildə Cənubi Koreya ilə üçüncü yer uğrunda oyunda cəmi 10,8 saniyəyə fərqlənərək hələ də qırılmayan dünya rekorduna imza atıb.