Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo beynəlxalq turnirlərdə qol həsrətini davam etdirir.
Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçu Portuqaliya forması ilə böyük turnirlərdə meydana çıxdığı son 10 matçda fərqlənə bilməyib.
Ronaldo bu seriyada 2022-ci il dünya çempionatında Uruqvay, Cənubi Koreya, İsveçrə və Mərakeşə, AVRO-2024-də Çexiya, Türkiyə, Gürcüstan, Sloveniya və Fransaya, DÇ-2026-da isə Konqo Demokratik Respublikasına qarşı qol vura bilməyib.
Qeyd edək ki, Portuqaliya DÇ-2026-nın K qrupunun ilk turunda Konqo DR ilə 1:1 hesablı heç-heçə edib. Komandanın turnirdəki növbəti rəqibləri Özbəkistan və Kolumbiya olacaq.