Oktyabrın 5-də dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib.
Apasport.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunub.
“Şüa” İdman Kompleksində təşkil olunan yarışda qadınlar arasında Svetlana Kayumova (SOCAR) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Yeganə Əlizadə (Müdafiə Nazirliyi) və Nərgiz Daşdəmirova (SOCAR) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
Kişilər arasında Əli Bayramov (Fövqəladə Hallar Nazirliyi) bütün rəqiblərini qabaqlayaraq birinci olub. Yaşar Mövlanov (Dövlət Turizm Agentliyi) yarışı ikinci, Vüqar İbrahimov (FHN) isə üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, yarışda 21 dövlət qurumu təmsil olunub.
- Stolüstü tennisçilər Tacikistana yollanıblar
- Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
- Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda
- Stolüstü tennisçilər beynəlxalq yarışı üç medalla başa vurublar
- Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaq