Onur Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək
16.06.2026 - 12:31
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Stolüstü Tennis Federasiyası açıqlayıb.
Yığma üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə iyunun 16-dən iyulun 4-dək Çinin Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən "Zhenq Dinq" təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis yığmalarının əsas bazalarından hesab olunur.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
0
0