Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasında çıxışlarını davam etdirirlər.
Apasport.az xəbər verir ki, seçmə komandanın üzvləri Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova növbəti dəfə “Masader Spor Klubu” tərəfindən dəvət alıb.
İdmançılarımız yarışın ikinci turunun oyunlarında sözügedən komandanın uğurları üçün çalışacaqlar. Qeyd edək ki, Ankara təmsilçisi Türkiyə çempionatının iddialı komandalarından sayılır.
“Masader Spor Klubu” bu mövsüm də mükafatlar uğrunda mübarizə aparmaqdadır.
Stolüstü tennisçilərimizin Türkiyə Super Liqasında çıxışına gəldikdə isə, ASTF-nin bu təklifi müsbət qarşılaması, idmançıların oyun təcrübəsinin artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
- Stolüstü tennisçilər Tacikistana yollanıblar
- Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
- Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda
- Stolüstü tennisçilər beynəlxalq yarışı üç medalla başa vurublar
- Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaq