Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, “Şüa” İdman Kompleksində keçirilən turnirin son günündə şəxsi, qoşa və qarışıq-qoşa yarışında qaliblər müəyyənləşib.
Şəxsi yarışlar Onur Quluzadə və Mərziyyə Nurmətovanın qələbəsi ilə başa catıb.
Kişilərin qoşa mübarizəsində Vəzir Allahverdiyevlə Onur Quluzadə, qadınlarda Mərziyyə Nurmətova ilə Aylin Əsgərova bütün rəqiblərini üstələyib.
Qarışıq qoşada isə Vəzir Allahverdiyevlə Zemfira Mikayılova Azərbaycan çempionu adına sahib çıxıb.
Xatırladaq ki, turnirin ilk günlərində keçirilən komandaların mübarizəsi kişilərdə “Bakı-1”in, qadınların yarışı isə “Sumqayıt-1” kollektivinin qələbəsi ilə nəticələnib. Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom, medalları, həmçinin, ASTF-nin mükafatları təqdim olunub.
- Stolüstü tennis üzrə ölkə kubokunun qalibləri müəyyənləşib - FOTO
- İslamiadanın mükafatçıları Vətənə qayıdıblar
- Stolüstü tennisçilərimiz İslamiadada daha bir mükafat qazanıblar
- Azərbaycanın stolüstü tennis millisi İslamiadada yarımfinala yüksəldi - FOTO
- İslam Oyunları: Yığmamız Pakistanı darmadağın edib