Stolüstü tennis üzrə Respublika birinciliyi start götürüb
01.07.2026 - 15:09
Stolüstü tennis üzrə Respublika birinciliyi start götürüb

Bu gün stolüstü tennis üzrə Respublika birinciliyində mübarizə başlanıb.

Apasport.az xəbər verir ki, “Süa İdman-Sağlamlıq Mərkəzi”ndə keçirilən yarışda 2013-cü il və daha aşağı təvəllüdlü idmançılar bacarıqlarını göstərirlər.

Budəfəki birinciliyə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Şəki, Şabran, Şamaxı, Şirvan və Qobustandan ümumilikdə 100-dən artıq iştirakçı qatılıb. Onlar səxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparırlar.

Üç gün davam edəcək yarışın nəticələrinə əsasən fəxri kürsüyə qalxan idmançılar müvafiq yaş qrupları üzrə seçmə komandalara cəlb ediləcəklər.

Qeyd edək ki, Respublika birinciliyinə iyulun 3-də yekun vurulacaq.