Stolüstü tennisçilər Daşkəndə yollanıblar
12.05.2026 - 21:45
Stolüstü tennisçilər Daşkəndə yollanıblar

Stolüstü tennisçilər mayın 13-dən 16-dək Özbəkistanda keçiriləcək “WTT Youth Contender” turnirində iştirak edəcəklər.

Apasport.az xəbər verir ki, Daşkənddə təşkil olunacaq yarışda seçmə komandanın 11 üzvü bacarığını göstərəcək.

Gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərov və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Yağmur Məmmədli, Yasəmən Həbibova, Mehin Mirzəbalayeva, Banu İmanverdizadə, Səidə Quluzadə, Aylin Şərifli, Gülnur Kərimli, Onur Quluzadə, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev və Camal Kərim etimadı doğrulmağa çalışacaq.

Qeyd edək ki, komandamız yarışdan sonra Daşkənddə keçiriləcək bir həftəlik təlim-məşq toplanışına da qatılacaq.