
Stolüstü tennişçilər Onur Quluzadə ilə Adil Əhmədzadə bu gün III MDB Oyunlarının qoşa yarışlarının final matçına çıxıblar.
Apasport.az xəbər verir ki, həlledici görüşdə rusiyalı Yevgeni Vasikov - Yevgeni Dosov cütü ilə qarşılaşan idmançılarımız 0:3 hesabı ilə uduzaraq gümüş mükafata layiq görülüblər.
Qarışıq-qoşa yarışlarda bacarığını göstərən Onur Quluzadə-Mərziyyə Nurmətova cütü və qoşa yarışlarda mübarizə aparan Aylin Əsgərova-Yağmur Məmmədli tandemi üçuncü yeri tutub.
Qeyd edək ki, bu, stolüstü tennisçilərin III MDB Oyunlarında qazandıqları 6-cı mükafatdır. Bunadək, qızlardan və oğlanlardan ibarət kollektivlər komanda yarışlarında ikinci yeri tutub. Yağmur Məmmədli isə 14 yaşlılar arasında bürünc medal qazanıb. Sabah 3 idmançımız - Adil Əhmədzadə, Onur Quluzadə və Mərziyyə Nurmətova şəxsi yarışların final görüşunə çıxacaq.