Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışında
18.11.2024 - 19:57
Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışında

10 yaşadək stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına cəlb olunublar.

Apasport.az xəbər verir ki, uğurlu gələcək vəd edən istedadlı idmançılar bu dəfə Xaçmaz Olimpiya İdman Kompleksində bir araya gəliblər.

Onlar bu gündən noyabrın 24-dək məşqçilər Billurə Eminova, Qulu Quliyev və İsmayıl Mirzəyevin rəhbərliyi ilə hazırlıq prosesində iştirak edəcəklər. Təlim-məşq toplanışı stolüstü tennisçilərin bacarıqlarını təkmilləşdirmək və onlara peşəkar idmançı vərdişlərini aşılamaq məqsədi daşıyır.

0