Stolüstü tennisçilərimiz Avrasiya Liqasında çıxış edəcək
10.03.2026 - 22:55
Azərbaycanın qadın stolüstü tennisçiləri bu gün Qazaxıstana yola düşüblər.
Apasport.az xəbər verir ki, seçmə komanda Almatı şəhərində təşkil olunacaq Avrasiya Liqası yarışında iştirak edəcək.
Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətova martın 12-də Almatı sınaqlarına qatılacaq.
Ardınca komandamız Çin Xalq Respublikasına təlim-məşq toplanışına yollanacaq.
Qeyd edək ki, martın 15-dən 28-dək Hebey əyalətinin Zenq Dinq şəhərində keçiriləcək toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.
- Stolüstü tennisçilər Tacikistana yollanıblar
- Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
- Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda
- Stolüstü tennisçilər beynəlxalq yarışı üç medalla başa vurublar
- Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaq
0
0