Stolüstü tennisçilərimiz Avropa Universitet Oyunlarında mübarizəyə başlayırlar
20.07.2024 - 19:24
Macarıstanın Debretsen şəhərində Avropa Universitet Oyunları davam edir.
Apasport.az xəbər verir ki, bu gün stolüstü tennisçilər mübarizəyə qatılıblar.
Debretsen sınaqlarında 8 idmançımız etimadı doğrultmağa çalışacaq. Seçmə komandanın baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nihad Məmmədov, Nihad Səmədzadə, Rafiq Rafiqli və Qadir İbrahimov qələbə uğrunda mübarizə aparacaq. Qeyd edək ki, yarışda qitənin 145 universitetinin tələbələri müxtəlif növlərdə bacarıqlarını göstərirlər.
- Stolüstü tennisçilər Tacikistana yollanıblar
- Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
- Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda
- Stolüstü tennisçilər beynəlxalq yarışı üç medalla başa vurublar
- Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaq
0
0