Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 5 medal qazanıblar - FOTO
21.09.2025 - 22:06
Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 5 medal qazanıblar - FOTO

Gürcüstanın Batumi şəhərində yeniyetmə stolüstü tennisçilərin "WTT Youth Contender" turnirinə yekun vurulub.

Apasport.az xəbər verir ki, seçmə komandamız beynəlxalq yarışı 5 medalla başa vurub.

Bu gün 11 yaşadək idmançıların mübarizəsinə qatılan Mehin Mirzəbalayeva bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüb.

Əliəkbər Mirzəliyev eyni yaş qrupunda ikinci, Cəfər Almədədli üçüncü yeri tutub.

Xatırladaq ki, yarısın ilk günlərində Mehin Mirzəbalayeva ilə Vaqif Babayev U 13 kateqoriyasında üçüncü yerə layiq görülmüşdü.