Stolüstü tennisçilərimiz MDB Oyunlarının finalında
26.09.2025 - 14:20
Azərbaycanın qızlardan ibarət stolüstü tennis seçməsi III MDB Oyunlarında mübarizəyə uğurla start verib.
Apasport.az xəbər verir ki, komanda yarışlarında inamlı oyun göstərən Mərziyyə Nurmətova - Aylin Əsgərova - Yağmur Məmmədli triosu yarımfinalda Belarus kollektivinə 2-1 hesabı ilə qalib gələrək, həlledici mərhələyə yüksəlib.
Sabah Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək final görüşündə komandamızın rəqibi yarımfinalda Özbəkistan secməsini üstələyən Rusiya kollektivi olacaq.
Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.
- Stolüstü tennis üzrə ölkə kubokunun qalibləri müəyyənləşib - FOTO
- İslamiadanın mükafatçıları Vətənə qayıdıblar
- Stolüstü tennisçilərimiz İslamiadada daha bir mükafat qazanıblar
- Azərbaycanın stolüstü tennis millisi İslamiadada yarımfinala yüksəldi - FOTO
- İslam Oyunları: Yığmamız Pakistanı darmadağın edib
0
0