Təmsilçilərimizdən 3 medal
27.09.2024 - 22:32
Təmsilçilərimizdən 3 medal

Stolüstü tennisçilərimiz Gürcüstanda təşkil olunan “WTT Youth Contender” turnirində ilk mükafatlarını qazanıblar.

Apasport.az xəbər verir ki, Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi qarışıq qoşa yarışlarında etimadı doğruldub.

16 yaşlı idmançılarımız Batumidə keçirilən turnirdə U-19 yaş dərəcəsində üçüncü yeri tutublar. 13 yaşadək idmançıların şəxsi mübarizəsində isə Onur Quluzadə 1-ci, Yağmur Məmmədli 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, 11 ölkə stolüstü tennisçilərinin qatıldığı beynəlxalq yarışa sentyabrın 29-da yekun vurulacaq.

0