Yığmamız Daşkəndə yola düşüb
27.05.2025 - 19:56
Yığmamız Daşkəndə yola düşüb

Azərbaycan stolüstü tennis yığması növbəti beynəlxalq yarışda iştirak edəcək.

Apasport.az xəbər verir ki, seçmə komanda bu məqsədlə Özbəkistanın paytaxtı Daşkəndə yola düşüb.

Millimiz "WTT Youth Contender" turnirində bacarığını göstərəcək. Komandanın heyətində Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə yer alıblar.

Qeyd edək ki, sabah start götürəcək yarışa ayın 31-də yekun vurulacaq.