Taekvondoçumuzdan bürünc medal
14.05.2026 - 21:38
Azərbaycan taekvondoçusu Cavad Ağayev Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, idmançımız üçüncü yer uğrunda qarşılaşmada San Marino, Almaniya və Çexiya təmsilçiləri üzərində qələbə qazanaraq fəxri kürsüyə yüksəlib.
C.Ağayev 74 kq çəki dərəcəsində mübarizədə bürünc mükafata layiq görülüb.
Qeyd edək ki, daha əvvəl digər Azərbaycan təmsilçiləri – İmaməddin Xəlilov və Sabir Zeynalov da yarışda gümüş medal əldə ediblər.
- Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında bürünc medal qazanıb
- Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatında 6 medal qazanıblar
- Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib
- Azərbaycan Taekvondo Federasiyası növbəti dan imtahanını həyata keçirib
- Azərbaycan Taekvondo Federasiyası məşqçilər üçün seminar təşkil edib
0
0