Beynəlxalq Voleybol Federasiyasının prezidenti Ruben Akosta istefa verib
13.05.2008 - 10:39
Beynəlxalq Voleybol Federasiyasının prezidenti Ruben Akosta istefa verib
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Voleybol Federasiyasının (FİVB) prezidenti Ruben Akosta istefa verib. “APA-Sport” agentliyinin məlumatına görə, 74 yaşlı meksikalının postunu gözlənilmədən tərk etməsinin səbəbləri açıqlanmayıb. R.Akostanı müvəqqəti olaraq FİVB-nın birinci vitse-prezidenti çinli Tziçun Vey əvəzləyəcək. FİVB-nin yeni başçısı isə qurumun iyunun 16-17-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq Konqresində seçiləcək.
Qeyd edək ki, R.Akosta 1984-cü ildən FİVB-yə rəhbərlik edib.
0