Azərbaycan voleybol yığması Boris Yeltsinin xatirəsinə həsr olunan beynəlxalq turnirə qatılmayacaq
13.05.2008 - 12:37
Bakı. Kənan Həsənov - APA-Sport. İyunun 9-dan 17-dək Yekaterinburq və Nijni-Taqil şəhərlərində Rusiyanın I prezidenti Boris Yeltsinin xatirəsinə həsr olunan beynəlxalq voleybol turniri keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandası ilk dəfə yarışa qatılmayacaq. Buna səbəb yığmamızın həmin müddətdə Avropa çempionatının seçmə qrup mərhələsində mübarizə aparmasıdır. Dairəvi sistemlə keçiriləcək turnirdə Rusiya, Hollandiya, Bolqarıstan, Xorvatiya, Belarus və Ukraynanın iştirak edəcəyi təsdiqlənib.
Qeyd edək ki, Azərbaycan milli komandası bir neçə dəfə bu turnirin mükafatçısı olub.
Qeyd edək ki, Azərbaycan milli komandası bir neçə dəfə bu turnirin mükafatçısı olub.
- “Murov Az Terminal”dan yeni transfer
- Voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb
- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
0
0