Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə yüksəlmək şansını itirib
31.05.2008 - 11:53
Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə yüksəlmək şansını itirib
Bakı. Kənan Həsənov - APA-Sport. Sloveniyanın Maribor şəhərində kişi voleybolçular arasında Avropa çempionatının qrup mərhələsi çərçivəsində ikinci dövrənin oyunları start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, Sahib Əliyevin rəhbərlik etdiyi Azərbaycan milli komandası Latviyaya 0:3 (22:25, 9:25, 17:25) hesabı ilə uduzub. Hollandiyanın Rotterdam şəhərində təşkil olunan birinci dövrədə keçirdiyi üç oyunda da eyni hesabla məğlub olan yığmamız Avropa çempionatının final mərhələsinə yüksəlmək şansını itirib. Milli komandamız növbəti oyununu bu gün Sloveniya, sabah isə Hollandiyaya qarşı keçirəcək.
0