Azərbaycan voleybol yığması Avropa çempionatının qrup mərhələsinin ikinci dövrəsində mübarizəyə başlayır
05.06.2008 - 10:56
Azərbaycan voleybol yığması Avropa çempionatının qrup mərhələsinin ikinci dövrəsində mübarizəyə başlayır
Bakı. Kənan Həsənov - APA-Sport. Sabah İspaniyanın Kaseras şəhərində qadın voleybolçular arasında Avropa çempionatının qrup mərhələsinin ikinci dövrəsinin oyunları start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, Faiq Qarayevin başçılıq etdiyi Azərbaycan milli komandası ilk matçını Rumıniyaya qarşı keçirəcək. Yığmamız iyunun 7-də İspaniya, ertəsi gün isə Makedoniya ilə qarşılaşacaq.
Rumıniyanın Bizau şəhərində təşkil olunan birinci dövrədən sonra milli komandamızın, eləcə də, İspaniya və Rumıniyanın hesabında 5 xal var. Makedoniya 3 xalla qrup sonuncusudur. Reqlamentə əsasən, qrup qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan komanda pley-offda mübarizə aparacaq.
0