Azərbaycan voleybol yığması reytinq siyahısında mövqeyini qoruyub
24.07.2008 - 12:34
Bakı. Kənan Həsənov – APA-Sport. Beynəlxalq Voleybol Federasiyası qadınlardan ibarət milli komandaların yeni reytinq cədvəlini dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan yığmasının mövqeyində dəyişiklik qeydə alınmayıb. Faiq Qarayevin rəhbərlik etdiyi komandamız 23,5 xalla 26-cı pillədəki mövqeyini qoruyub. 103 millinin yer aldığı siyahıya yenə Braziliya (255 xal) başçılıq edir. Liderin ən yaxın izləyiciləri İtaliya (233,75 xal) və Kuba (202,5 xal) yığmalarıdır.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0