Azərbaycan yığması Şərqi Avropa Ölkələrinin Zonal Voleybol Assosiasiyasının çempionatında 4-cü yeri tutub
19.08.2008 - 10:38
Azərbaycan yığması Şərqi Avropa Ölkələrinin Zonal Voleybol Assosiasiyasının çempionatında 4-cü yeri tutub
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın paytaxtı Moskvada 14 yaşadək qızlar arasında Şərqi Avropa Ölkələrinin Zonal Voleybol Assosiasiyasının çempionatı keçirilib. “APA-Sport” agentliyinin Azərbaycan Voleybol Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, milli komandamız yarışda uğursuz çıxış edib. Voleybolçularımız Ukrayna (1:3), Rusiya (0:3) və Belarusa (0:3) məğlub olub. Cəmi beş komandanın qatıldığı çempionatda yalnız Estoniyaya qalib gələn (3:0) komandamız 4-cü yeri tutub. Turnirin qalibi adını isə maksimum nəticə göstərən Rusiya yığması qazanıb.
0