Azərbaycanın voleybol yığması Belarusu ardıcıl üçüncü oyunda məğlub edib
21.08.2008 - 10:24
Bu, yığmamızın Belarus üzərində ardıcıl üçüncü qələbəsidir. Faiq Qarayevin yetirmələri əvvəlki iki görüşdə də rəqibdən üstün olub - 3:1 və 3:0. Tərəflər arasında növbəti oyunlar avqustun 22-də və 23-də baş tutacaq. Bundan bir gün sonra Belarus yığması Bakını tərk edəcək.
Avqustun 28-də isə Rusiyanın ən titullu klubu “Uraloçka” əfsanəvi mütəxəssis Nikolay Karpolun başçılığı altında Bakıya təlim-məşq toplanışına gələcək.
Qeyd edək ki, bu oyunlar Azərbaycan milli komandasının Avropa çempionatının “pley-off” mərhələsinə hazırlıq planının tərkib hissəsidir. Yığmamız bu nüfuzlu yarışın final mərhələsinə yüksəlmək üçün sentyabrın 7-də Bakıda, bir həftə sonra isə Afinada Yunanıstan komandasını üstələməlidir.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0