Azərbaycan voleybol yığması Rusiyanın “Uraloçka” klubunu məğlub edib
02.09.2008 - 11:56
Azərbaycan voleybol yığması Rusiyanın “Uraloçka” klubunu məğlub edib
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası ölkəmizdə səfərdə olan Rusiyanın “Uraloçka” klubu ilə ilk yoxlama matçını keçirib. “APA-Sport” agentliyinin Azərbaycan Voleybol Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, Quba Olimpiya Kompleksində baş tutan oyun yığmamızın 3:1 hesablı qələbəsi ilə nəticələnib. Tərəflər arasında növbəti yoldaşlıq görüşü sabaha planlaşdırılıb.
Qeyd edək ki, “Uraloçka” ilə oyunlar milli komandamızın Avropa çempionatının üçüncü təsnifat mərhələsinə hazırlıq proqramının tərkib hissəsidir. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv bu nüfuzlu yarışın final mərhələsinə yüksəlmək üçün sentyabrın 7-də Qubada, bundan bir həftə sonra isə Afinada Yunanıstanı üstələməlidir.
0