Püşk Azərbaycanın üzünə güldü
18.09.2008 - 09:52
Bakı. Kənan Həsənov - APA-Sport. Lodz şəhərində 2009-cu ildə Polşada keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb. “APA-Sport”un məlumatına görə, Azərbaycan yığması da mükafatlar uğrunda mübarizə aparacaq 16 komanda sırasında yer alıb. Püşkə əsasən, Faiq Qarayevin yetirmələri bir o qədər də güclü sayılmayan D qrupunda çıxış edəcəklər. Voleybolçularımız ilk oyununu oktyabrın 25-də ötən ilki analoji birinciliyin gümüş medalçısı Serbiyaya qarşı keçirəcəklər. Bundan bir gün sonra Slovakiya ilə qarşılaşacaq komandamız, oktyabrın 27-də Çexiyanı sınağa çəkəcək.
Digər qrupların tərkibi belə formalaşıb
A qrupu: Polşa, Hollandiya, İspaniya, Xorvatiya.
B qrupu: İtaliya, Almaniya, Türkiyə, Fransa.
C qrupu: Rusiya, Belçika, Bolqarıstan, Belarus.
Xatırladaq ki, milli komandamız tarixində üçüncü dəfə Avropa çempionatının final mərhələsində çıxış edəcək. 2005-ci ildə Xorvatiyada 4-cü olan yığmamız, ötən il Belçika və Lüksemburqun təşkil etdiyi yarışı 12-ci yerdə başa vurub.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0