Millidə iki yeni futbolçu
18.12.2015 - 16:31
Millidə iki yeni futbolçu

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “İnter”dən dəvət edilən Nadir Qasımov zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb.

 

Əvəzində iki futbolçu toplanışa qatılıb. Belə ki, Kamran Nəcəfəliyev (“Lokomotiv” Daşkənd, Özbəkistan) və Asim Abdullazadə (“Montrouj” Paris, Fransa) da hazırlığa qatılıb.