Ağırlıqqaldırma üzrə yığma komandamızın üzvləri İsa Rüstəmov və Dadaş Dadaşbəyli Gürcüstanda keçirilmiş "Kakhi Cup 2025" beynəlxalq turnirində iştirak ediblər.
Apasport.az xəbər verir ki, təmsilçimiz İsa Rüstəmov toplamda 321 kq (145+176) nəticə ilə yarışın bürünc medalını qazanıb.
Digər atletimiz Dadaş Dadaşbəyli isə toplamda 392 kq (184+208) nəticə ilə 6-cı olub.
Qeyd edək ki, turnirin nəticələri sinkler cədvəli ilə hesablanır və burada ilk 6 yeri tutan idmançılar medallarla təltif olunur. Məlumat üçün deyək ki, beynəlxalq turnirdə Avropa və dünyanın ən güclü atletlərindən sayılan türkiyəli Yusuf Genç və Kaan Kahriman kimi idmançılar da mübarizə aparıblar.
- Yamal dünya futbolunun ən yaxşı vunderkindləri reytinqinə başçılıq edir
- 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan cüdo yarışı keçiriləcək
- Premyer Liqada ilk turun oyun cədvəli açıqlandı
- Rauf Əliyev: “Özümü şikəst etmək istəmədim, keyidici iynələr də artıq təsir etmirdi” - MÜSAHİBƏ
- Rüfət Quliyev: “Avrokuboklarda yarımfinala qədər gedərlər” - MÜSAHİBƏ