![Dadaş Dadaşbəyli dünya çempionatının gümüş medalını qazanıb](https://ww3.apasport.az/storage/news/2024/december/14/big/675db88848afd675db88848afe1734195336675db88848afb675db88848afc.jpeg)
Azərbaycan ağırlıqqaldıranı Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında ilk medalını qazanıb.
Apasport.az xəbər verir ki, Dadaş Dadaşbəyli (109 kq) fəxri kürsüdə yer alıb.
Atletimiz birdən qaldırma hərəkətində 183 kq-ı ram edərək, 4-cü nəticəni göstərib. Dadaş təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 221 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə dünya çempionatının gümüş medalına sahib çıxıb.
Dadaşbəyli toplamda 404 kq (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb.
Qeyd edək ki, Dadaş ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanaraq 18 illik fasilədən sonra bu nəticəyə nail olmuşdu.