Mayın 26-28-də Rusiyanın Sankt-Peterburq şəhərində atçılığın dresaj növü üzrə “Maksima Masters” Avrasiya kuboku uğrunda yarış keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Aydın Əlibəyov uğurlu çıxış edərək, 5 qızıl medal qazanıb.
Yarışda 3 atla iştirak edən Aydın ilk gündə cavan atlar arasında (5-7 yaş) 2 qızıl və Prix Sant George proqramı üzrə 1 bürünc, ikinci gündə isə cavan atlar arasında (5-7 yaş) 2 qızıl və İntermediate 1 Freestyle proqramında 1 qızıl medala sahib çıxıb.
Qeyd edək ki, Əlibəyov əldə etdiyi möhtəşəm qələbəni tariximizin şanlı səhifələrindən olan 28 May – Müstəqillik Gününə həsr etdiyini bildirib.
- “Sabah”la heç-heçə “Neftçi” üçün ikiqat yubileylə əlamətdar olub
- Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazanıblar
- Gimnastlarımız finalda
- "Trabzonspor" 4 cavabsız qolla qalib gələrək "Beşiktaş"a rəqib oldu
- Roman Qriqorçuk: “Neftçi”nin yüksək hədəflərə çatması üçün Bauerin çox köməyi dəyəcək”