Alban futbolçu cəzalandırıldı
23.06.2024 - 18:25
AVRO-2024-də Albaniya yığmasının futbolçusu Mirlind Daku 2 oyun diskvalifikasiya olunub.
Apasport.az xəbər verir ki, bunu səbəb onun irqçi fikirlər söyləməsidir.
Çempionatın 2-ci turunun Albaniya – Xorvatiya görüşündən sonra Daku serblərə və şimali makedonların ünvanına təhqiredici ifadələr işlədib. UEFA tərəfindən araşdırma aparılıb və 26 yaşlı futbolçu 2 oyun cəzalandırılıb. O, qrup mərhələsinin 3-cü turunda İspaniya ilə oyunu və komanda 1/8 finala yüksələrsə bu mərhələnin matçını kənardan izləyəcək.
- Şahmatçımız Niderlandda keçirilən beynəlxalq turnirdə üçüncü olub
- UEFA-dan Kamal Umudluya növbəti təyinat
- Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq
- FIFA U-15 və U-20 dünya çempionatlarının Azərbaycanda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin iclası baş tutub
- “Qalatasaray”ın transfer planı
0
0