AVRO-2024 finalından sonra karyerasını bitirəcək
14.07.2024 - 19:34

Xesus Navas AVRO-2024-dən sonra İspaniya yığması ilə vidalaşacaq.
Apasport.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib.
O bildirib ki, turnirin İngiltərə ilə final matçında sonuncu dəfə komandanın formasını geyəcək: “İllər sonra yenə buradayam və öz işimi yerinə yetirirəm. Titulu qazanmaq əla olardı, biz buna layiqik. Hətta 38 yaşında çox sevindicidir ki, ölkə yığmasına kömək edirəm. Yığma karyeramı qələbə ilə başa vurmaq əla olardı”.
Qeyd edək ki, İspaniya – İngiltərə final matçı bu gün Berlində keçiriləcək.
- "Qarabağ" və "Zirə" növbəti dəfə Azərbaycan Kubokunun finalında qarşılaşacaqlar
- “Real” düşərgəsində sevindirici xəbər
- Sənan Qurbanov oğlunun “Neftçi”də əsas heyətdə oynamasından danışdı - MÜSAHİBƏ
- “Qalatasaray” “Real”ın futbolçusunu istəyir - Musleranın əvəzinə
- İslandiyanın baş məşqçisi: "Azərbaycanla oyunda qələbə qazanmalıyıq"
0
0