Avro-2024-ün bombardirlər siyahısında dəyişiklik olub.
Apasport.az xəbər verir ki, penaltidən Portuqaliya millisinin qapısına yol tapan Gürcüstan millisinin hücumçusu Georges Mikautadze vurduğu qolların sayını üçə çatdırmaqla bombardirlər yarışında liderliyi ələ keçirib.
23 yaşlı forvard həm də qrup mərhələsinin hər 3 görüşündə qol vurmağı bacaran yeganə futbolçudur. Onun aktivində 1 məhsuldar ötürmə də var.
Bombardilər yarışında 5 futbolçu 2 qolla Mikautadzeni izləyir. Söhbət İvan Şranz (Slovakiya), Kodi Qakpo (Niderland), Razvan Marin (Rumıniya), Niklas Fyullkruq və Jamal Musialadan (hər ikisi Almaniya) gedir.
Daha 61 futbolçu isə AVRO-2024-də 1 qol vurub.
- Təzyiqlərə dözmədi: "Qalatasaray"da şok istefa
- İspaniya klublarının ÇL uğursuzluğu - STATİSTİKA
- Zöhrab Gözəlbəyli CEV Kubokunun yarımfinal oyununa supervayzer təyin edilib
- Fransa klubu ingiltərəli baş məşqçi ilə danışıqlara başlayıb
- "İnter"in sabiq üzvü: “Bir braziliyalı kimi Fransanı dəstəkləməliyəm"