İngiltərə – Slovakiya oyununun ən yaxşısı
01.07.2024 - 01:26
![İngiltərə – Slovakiya oyununun ən yaxşısı](https://ww3.apasport.az/storage/news/2024/july/01/big/6681cd86a735b6681cd86a735c17197827906681cd86a73576681cd86a7359.jpeg)
Almaniyada təşkil olunan Avropa çempionarının 1/8 final mərhələsi çərçivəsində baş tutan İngiltərə – Slovakiya matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Apasport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılşamanın ən yaxşısı adına İngiltərə millisinin futbolçusu Cud Bellingem layiq görülüb.
Bellingem İngiltərə – Slovakiya matçının 90+5-ci dəqiqəsində komandasının bərabərlik qoluna imza atıb. Əlavə dəqiqələrdədə isə İngiltərə komandası ikinci qolu vuraraq 1/4 final mərhələsinə vəsiqə qazanıb.
0
0