Bu gün AVRO-2024-də qrup mərhələsinin sonuncu turuna start veriləcək.
Apasport.az xəbər verir ki, III turun ilk günündə A qrupunda mübarizəyə yekun vurulacaq.
Qrup liderləri Almaniya ilə İsveçrə Frankfurtda görüşəcək. 1/8 finala vəsiqəni təmin edən Bundestim 1-ci pilləni qorumaq üçün uduzmamalıdır. İsveçrə isə pley-offa bir xalla da çıxa bilər.
Şotlandiya və Macarıstan 1/8 final arzusunu reallaşdırmaq üçün mübarizə aparacaq. Sonuncular ümidini qorumaq üçün mütləq qalib gəlməlidir. Britaniyalılar da şansını saxlamaq üçün 3 xal qazanmalıdır.
Qeyd edək ki, qrup mərhələsinə iyunun 26-da yekun vurulacaq.
AVRO-2024
Qrup mərhələsi, III tur
23 iyun, A qrupu
23:00. İsveçrə - Almaniya 1:1
Qol: Ndoye, 29 - Fülkruq, 90
Baş hakim: Daniele Orsato (İtaliya)
Frankfurt Arena
23:00. Şotlandiya – Macarıstan 0:1
Qol: K. Skobot, 90+10
Baş hakim: Fakundo Telyo (Argentina)
Ştutqart Arena
- İngiltərəli keçmiş hakim 9 il müddətinə azadlıqdan məhrum edilib
- Kamal Bayramov: “Fərqi yoxdur, qarşımızda "Neftçi"dir, ya başqası, bizə xallar lazımdır”
- İsveç millisinin baş məşqçisi: “Bizi çətin oyun gözləyir”
- "Real Madrid"in ulduzu PSJ-nin radarında
- "Zirə"nin rəqibi Xorvatiya millisinin qolkiperini heyətinə qatıb