Lamin Yamal AVRO tarixinə düşdü
10.07.2024 - 02:07
![Lamin Yamal AVRO tarixinə düşdü](https://ww3.apasport.az/storage/news/2024/july/10/big/668db4be79bab668db4be79bac1720562878668db4be79ba8668db4be79ba9.jpeg)
Lamin Yamal Avropa və dünya çempionatlarında qol vuran ən gənc futbolçu olub.
Apasport.az xəbər verir ki, o, AVRO-2024-ün yarımfinalının İspaniya - Fransa matçında fərqlənib.
İspaniyalı oyunçu 16 yaş və 362 günündə möhtəşəm zərbə ilə topu fransalıların qapısından keçirib. O, Avropa çempionatları tarixində isveçrəli futbolçu Yohan Fonlantenin nəticəsini arxada qoyaraq, 1-ci pilləyə yüksəlib.
Türkiyə - Gürcüstan matçında fərqlənən Arda Güler siyahıda 6-cı pillədə yer alıb.
0
0