La Liqa təmsilçilərindən "Barselona"nın və Polşa yığmasının hücumçusu Robert Levandovski 2024-cü il Avropa çempionatının açılış matçında iştirak edə bilməyəcək.
Apasport.az xəbər verir ki, 35 yaşlı futbolçu Türkiyə ilə yoldaşlıq oyununda (2:1) zədələnib və 32-ci dəqiqədə meydanı tərk etməli olub.
Məlumata görə, Levandovski Niderlandla oyunu buraxacaq, lakin Avstriya ilə ikinci tur görüşündə komandaya kömək etməyə hazır olacaq.
Polşa və Hollandiya arasında 2024-cü il Avropa çempionatının ilk turunun oyunu iyunun 16-da keçiriləcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.
- “Nottingem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- Güləşçilərimiz Dünya Seriyasının növbəti mərhələsində iştirak edəcəklər
- Rauf Hüseynli: "Növbəti mərhələyə çıxmaq şansımızı itirməmişik"
- UEFA klublarımıza 647 min 643 avro maliyyə vəsaiti ödəyib
- Avarçəkənlərimiz “Olimpiya ümidləri” reqatasında iştirak ediblər - VİDEO