Rumıniya - Niderland matçının ən yaxşısı
02.07.2024 - 22:38
![Rumıniya - Niderland matçının ən yaxşısı](https://ww3.apasport.az/storage/news/2024/july/02/big/66845540913e066845540913e1171994860866845540913de66845540913df.jpeg)
Avro-2024-ün 1/8 finalında bu gün Rumıniya və Niderland yığmaları arasında keçirilən matçın ən yaxşı futbolçusu bəlli olub.
Apasport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderland millisinin hücumçusu Kodi Qakpo görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.
O, 3:0 hesabı ilə qalib gəldikləri oyunda 1 qol vurub və 1 qolun ötürməsini edib.
0
0