İngiltərə yığma komandası AVRO-2024-də yarımfinala adlayıb. Onlar 1/4 final mərhələsində İsveçrəni 1:1 (pen. 5:3) məğlub ediblər.
Apasport.az BBC-yə istinadən xəbər verir ki, İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt oyunsonrası mətbuat konfransında komandasının oyununu yüksək qiymətləndirib:
"Mən belə düşünürəm ki, futbolçularım bu gün möhtəşəm idi. Xüsusən topa sahib olmada rəqibə çoxlu problemlər yaşatdıq. İsveçrə həqiqətən çox yaxşı komandadır. Onlara təzyiq göstərmək çətindir, onlara qarşı müdafiə olunmaq da həmçinin. Meydanda çox yaxşı hərəkət edirlər.
Turnirdə qalib olmaq üçün yalnız yaxşı oynamaq kifayət etmir. Gərək əzmkarlıq da nümayiş etdirəsən".
- “Neftçi”nin “Beşiktaş”la oyununun vaxtı dəyişdirildi
- Rauf Əliyev: “Belçika ilə matçda da futbolçularımız bunu etməlidirlər” - MÜSAHİBƏ
- FIFA-nın xəbərdarlığı işə yaradı: 7 federasiya “One Love”dən imtina etdi
- “Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB
- Taekvondo Federasiyasında uğur qazanan klublarla görüş