UEFA-dan skandal səhv: Diqqətsizlikdən, yoxsa bilərəkdən? - Foto
04.07.2024 - 13:22
![UEFA-dan skandal səhv: Diqqətsizlikdən, yoxsa bilərəkdən? - Foto](https://ww3.apasport.az/storage/news/2024/july/04/big/668669aeb3131668669aeb31321720084910668669aeb312f668669aeb3130.jpg)
UEFA-nın rəsmi saytında və sosial media hesabında skandal səhvə yol verilib.
Apasport.az xəbər verir ki, qurumun rəsmi saytının fransız versiyasında və "İnstagram" hesabında AVRO-2024-ün 1/4 finalçıları siyahısında Türkiyə əvəzinə Avstriyanın adı qeyd edilib.
Avropa futbol qurumunun bu addımı türkiyəli azarkeşləri qəzəbləndirib.
Bir müddət sonra UEFA səhvini düzəldib və Türkiyənin 1/4 finalçı kimi yer aldığı görüntünü öz saytında paylaşıb.
0
0