
“Qarabağ” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub.
Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXX turunun “Səbail”lə matçına təsadüf edib.
Səfərdə 4:1 hesablı qələbə qazanan qonaqların 2-ci topuna imza atan Leandro Andrade yubiley qolunun müəllifi kimi tarixə düşüb. Ağdam klubu 1600-cü qolunu 955-cü matçında vurub. Ümumilikdə 1602 topdan 913-ü ev, 674-ü səfər, 15-i neytral meydana təsadüf edib.
“Qarabağ” Azərbaycan çempionatlarında 1600 qol vuran ilk komanda olub. Komandanın orta məhsuldarlığı 1,68-ə bərabərdir.
Qeyd edək ki, komandanın tarixində ilk qola Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də “İnşaatçı” (Sabirabad) ilə ev oyununda (1:2) təkcə “Qarabağ” deyil, yarışın tarixində ilk topun müəllifi olub.
- Almaniya Kubokunda bütün 1/4 finalçılar müəyyənləşdi
- Azərbaycan Kuboku: "Şimal", “Ağdaş” və “Hypers”dən qələbə - YENİLƏNİB
- "Barselona" və "Bavariya" "Mançester Yunayted"ə rəqib oldu
- Saşa Yunisoğlu: “Təəssüflər olsun ki, bu nəsil də biabırçı hesabla uduzur” - MÜSAHİBƏ
- "Kəpəz" klubunun futbolçusu əməliyyat olunub