19 yaşlı qanalı “Qəbələ”də - RƏSMİ
04.07.2025 - 09:16
2025/26 mövsümünə hazırlığını davam etdirən “Qəbələ” əsas komandanın heyətinə yeni futbolçu qatıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı qanalı sol cinah vingeri Prins Ovusu “qırmızı-qaralar”a qoşulub.
O, ötən mövsümdə klubun U-19 komandasının formasını geyinib.
Ovusu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Prins 2024/25 mövsümündə U-19 Liqasının gümüş mükafatçısı olub. O, keçirdiyi 14 oyunda 11 qol və 5 assistə imza atıb.
- Fransalı hücumçu meydana çıxıb, erkən qol vuran 3-cü oyunçu oldu
- Millimizin üzvü oynadı, komandası məğlub oldu
- Mourinyo federasiyaya meydan oxudu: "Fənərin haqqı yeyilərsə..."
- III MDB Oyunları: Azərbaycanın daha bir atıcısı gümüş medal qazanıb
- Millinin baş məşqçisi: "Fiziki hazırlıq yüksək səviyyədə deyil"
0
0