300-cü oyun
07.11.2022 - 11:29
Misli Premyer Liqasının XIII turu Bədavi Hüseynov üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi “Qarabağ”ın heyətində 300-cü oyununu keçirib.
Bu yubiley “Kəpəz”lə ev matçına təsadüf edib. 31 yaşlı futbolçu komandasının 3:1 hesablı qələbə qazandığı qarşılaşmada meydana sonradan daxil olub.
Debütü 2012/13 mövsümünə təsadüf edən Bədavi bütün turnirlər nəzərə alınmaqla çıxdığı 300 görüşdə 4 qola imza atıb. O, “Qarabağ”ın tarixində 300 və daha çox oyun keçirən 10-cu futbolçudur.
- "Kəpəz"dən yeni həmlə: Afrikalı futbolçu ilə danışıqlar başladı
- “Liverpul” və “Atalanta” qələbə qazandı
- Azərbaycan Qran-prisi “Formula-2” yarışı ilə START GÖTÜRDÜ
- İslam Oyunları: Azərbaycanın qılıncoynatma komandası finala yüksəlib
- “Eqnatiya”nın prezidenti: “Onu heyətində görmək istəyən böyük məbləğ ödəməlidir”
0
0