38 mövsümün ən zəif nəticəsini
17.04.2023 - 12:59
![38 mövsümün ən zəif nəticəsini](https://ww3.apasport.az/storage/news/2023/april/17/big/643d0a9444afc643d0a9444afd1681722004643d0a9444af9643d0a9444afb.png)
“Valensiya” uğursuzluq zolağından çıxa bilmir.
Apasport.az saytı xəbər verir ki, La Liqanın XXIX turunda evdə “Sevilya”ya 0:2 hesabı ilə məğlub olan komanda son 38 mövsümün ən zəif nəticəsini göstərib.
"Yarasalar" çempionatda keçirdiyi 29 matçdan 27 xal yığıblar və bu, klubun 24 xal topladığı 1985/86 mövsümündən bəri ən pis nəticəsidir.
Qeyd edək ki, son 5 matçda aktivinə cəmi 4 xal yazdıran Ruben Baraxanın yetirmələri turnir cədvəlinin 18-ci pilləsində yer alırlar.
0
0