
Həftəsonu Azərbaycan Premyer Liqasının XX turunda “Sumqayıt”la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını bərpa edib.
Apasport.az xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda keçirilən məşqdə zədəli İsmail Azzaui, İqor Ribeyro və Orxan Əliyev, eləcə də “Qarabağ”la matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Abdulla Rzayev yer almayıb.
Zədəlilərdən Azzauinin “Sumqayıt”la matçı buraxacağı dəqiqdir. Orxanla İqor isə həkim nəzarəti altında müalicələrini davam etdirirlər. Həkimlər onların bazar günü keçiriləcək görüşə yetişdirməyə çalışırlar.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sumqayıt” oyunu yanvarın 28-də, saat 15:00-da “Dalğa Arena”da baş tutacaq və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
- Gürcü hücumçu bu göstəricidə ilk pillədədir
- İlkay Gündoğan: “Komandada daha çox qəzəb görmək istəyirəm”
- Futbol tarixində 13 min qola çatan ilk komanda
- Avropada bütün zamanların ən yaxşı futbolçularının adları açıqlanıb - Siyahı
- PFL-dən Kulinariya Günü sorğusu: Legionerlər Azərbaycanda nə yeyir - VİDEO