Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 1/8 final mərhələsinə yekun vurulub.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, 1/4 finala gedən yolda Azərbaycan millisinin daha 2 boksçusu rinqdən qələbə ilə ayrılıb.
Toğrul Quliyev (57 kq) Sonni Hollinqsvortla (İngiltərə) üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib.
Səftər Məmmədzadə (90 kq) də 1/8 final səddini uğurla adlayıb. Yan Vimzalla (İBAC) döyüşən təmsilçimiz 5:0 (30:26, 30:24, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Bununla da Avropa birinciliyində 1/4 finalda mübarizə aparacaq boksçularımızın sayı 9-a çatıb. Quliyev və Məmmədzadə ilə yanaşı, Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq), İsmayıl Vəliyev (70 kq), Hüseyn Abdiyev (80 kq) və Mədinə Məmmədova (60 kq) yarımfinal üçün mübarizə aparacaq.
Qeyd edək ki, birincilik avqustun 25-də yekunlaşacaq.
- “Sabah”ın baş məşqçisi: “Bizim kimi rəqib də hər oyuna qələbə üçün çıxır”
- Taleh Nəsibov: “Futbolsevərlərimiz üçün bundan gözəl sevinc hissi ola bilməz”
- Elmar Baxşıyev: "Araz-Naxçıvan"ın Bakıda oynaması sırf bizdən asılı deyil“ - MÜSAHİBƏ
- Haaland bu ay futbol oynamayacaq
- “Liverpul” “Qarabağ”ın rəqibini darmadağın etdi