"Biz futbolu azarkeşləriimz üçün oynayırıq. Onların komandanın yanında olması, dəstəkləməsi bizi çox sevindirir. İnamlarını görürük və çalışırıq ki, daha yaxşı oynayaq. Oyun başlayandan qollar buraxırıq. Bunun üzərində işləməliyik. Oyun olaraq rəqibdən geri qalmırıq. "Neftçi" isə istifadə etdi. Gələcəyə baxacağıq. Gələn illərə fokuslanacağıq".
Apasport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 18-ci turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin sualların cavablandırıb:
- Komanda əvvəlki turlara nisbətən bu gün daha çox epizodlar yaratdı. Amma istifadə edə bilmədi...
- Bunun üzərində çox çalışmalıyıq. Futbolçularda ani diqqətsizliklər olur.
- Əvəzetmni 82-ci dəqiqədə reallaşdırdınız. Ehtiyat qüvvə yoxdur?
- Belə oyunlarda gənc futbolçunu meydana buraxdıq. Əsas məqsədimiz Cavad Kərimov kimi oyunçuları qazanmaqdır. Hücumameyilli oyunçumuz təkcə Cavad idi.
- "Kəpəz"in maksimumu nədir?
- Əsas hədəfimiz Premyer Liqada qalmaqdır. Futbolçularımız bu gün bacardıqlarını edirlər. Eyni futbolçulardır, ilin əvvəlində başlamışdılar. Futbolçular bu cür oynaya bilirlərsə, məncə, onlar özlərini inkişaf etdirə bilər. 1-2 oyunçu gətirməklə, komandanı daha gücləndirməyə çalışacağıq. Bugünkü oyunda maksimumu edə bilmədik. Bu da təbiidir. İstəyirik ki, futbolçularımız ən yaxşısını etsinlər. "Neftçi" ilə matçda tam olaraq istədiklərimizi reallaşdıra bilmədik.
- Cüdoçumuz "Böyük Dəbilqə"də finala yüksəlib
- Türkiyə millisinin daha bir üzvü Avstriya ilə matçda uğur qazanıb
- “Şamaxı” “Kəpəz”lə üz-üzə gələcək
- “Turan Tovuz”un forvardı qırılan işıq dirəyi ilə bağlı: “Tək sevindirici hal…” - Müsahibə
- "Neftçi" və "Qarabağ" arasında baş tutan matçların 45-də hər iki komanda qol vurmağı bacarıb