![Adil Şükürovun köməkçiləri bəlli oldu](https://ww3.apasport.az/storage/news/2023/november/20/big/655b95618c352655b95618c3531700500833655b95618c350655b95618c351.jpg)
"Kəpəz" futbol klubunun yeni baş məşqçisi Adil Şükürovun köməkçiləri bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə Gəncə klubundan məlumat verilib. Bildirilib ki, Şükürova 4 mütəxəssis kömək edəcək.
Məşqçilər korpusunda İlyas Qurbanov, Zaur Əsədov, Elşad Tahirov və İlkin Verdiyev yer alıblar. Tahirov qapıçılar üzrə məşqçi, İlkin Verdiyev isə analitik funksiyasını yerinə yetirəcək. Köməkçilərlə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Adil Şükürov "Kəpəz"in baş məşqçi postunda Azərbaycan Premyer Liqasının XII turunda "Qarabağ"a 1:7 hesablı məğlubiyyətdən sonra istefa verən Azər Məmmədovun yerinə təyin olunmuşdu.