AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda "İmişli" klubu cərimələnib.
Qurum region təmsilçisini 10700 manat məbləğində cəzalandırıb.
Komanda barədə aşağıdakı qərarlar qəbul olunub:
19.09.2026-cı il tarixində Misli Premyer Liqasında VI turun “Sabah”– “İmişli” oyununda “İmişli” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
19.09.2026-cı il tarixində Misli Premyer Liqasında VI turun “Sabah”– “İmişli” oyununun 90+1-ci dəqiqəsində “İmişli” komandasının 7 nömrəli futbolçusu Luis Silvestr hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “İmişli” komandası 10000 manat cərimə edilsin (maddə 52.4).